Milyonlar onun üçün dua edir

 

Onun vəziyyətinə yaxşı, pis demək olar”. Bunu “New Baku Post”a açıqlamasında Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslan deyib.  O, sənətkarın xəstəxanadan evə buraxıldığını ev şəraitində müalicə aldığını bildirib: “Həkimlər vəziyyəti orta-ağır kimi qiymətləndirir. Ayın əvvəlində qanında şəkərin miqdarı qalxdığından vəziyyəti pisləşdi. Təcili xəstəxanaya yerləşdirdik. Tibbi yardımdan sonra vəziyyəti yenidən stabilləşdi. Bir həftəyə yaxın xəstəxana şəraitində müalicə olundu”. Xalq artisti Kliniki Tibbi Mərkəzdə müalicə edilib. Ç.Aslanın sözlərinə görə, artıq sənətkarın xəstəliyi xroniki hal alıb: “Hərdən ağırlaşır, hərdən səhhətində yaxşılığa doğru dəyişiklik hiss edilir. Həkimlər deyir ki, ona tam sakitlik lazımdır”.

 Səyavuş Aslan hazırda ciddi nəzarət altındadır: “Bir dəqiqə olsa, yanından ayrılmırıq. Dərmanları vaxtı-vaxtında qəbul edir. Danışa bilməsə , hamını tanıyır, reaksiya verir. Mart ayında bundan yaxşı idi, gəzintiyə çıxırdı, pəhriz saxlayırdı”.

 Ç.Aslan deyir ki, atası çox darıxır. 78 yaşlı aktyor tezliklə ayağa qalxmağı arzulayır: “Bizimlə sanki gözləri ilə danışır, söhbətləşir, zarafatlaşır. Çox sakitdir. Amma sağlam vaxtlarında hər zaman deyib-gülüb. Onun ən çox sevdiyi məkan Dənizkənarı Bulvardır. Əvvəllər hər gün ora gəzintiyə çıxırdı. İndi sanki gözləri ilə işarə edir ki, “məni ayağa qaldırın, gedim ora”. Əlbəttə ki, onun üçün yataqda olmaq çox çətindir”.

 Xalq artisti öz evindəZərifə Əliyeva 13 ünvanında yaşayır. Əslində bura onun mərhum həyat yoldaşı, istedadlı aktrisa Ofelya Aslanın da vaxtilə yaşadığı mənzildir. Sənətkarın oğluSəyavüş müəllimin ziyarətçiləri varmı? Həmkarları onunla maraqlanırmı?” sualına konkret cavab verməkdən  çəkindi: “Demək olmaz ki, yanına gəlib-gedən yoxdur. Atamı əsasən gənc aktyorlar, yaxınları, dost-tanış ziyarət edir”.

 Ç.Aslan deyir ki, sənətkar hətta ən ağır günlərində belə teatrı unutmayıb: “Əlbəttə, yeriməyə gücü olsaydı, danışa bilsəydi, bəlkə səhnəyə çıxmağı arzulayardı. Hətta əminəm ki, bu vəziyyətdə teatrı, əsərləri, rollarını düşünür. Bu insan həyatını teatra bəxş edib, o, həmişə səhnə ilə nəfəs alır”.

 Ümid edirik ki, Xalq artistinin səhhəti yaxşılaşacaq. Ötən ilin sentyabr ayında onunla ad günü ərəfəsindəki söhbətimizdəteatrda görüşərikdemişdi. Çox istərdik ki, belə olsun.

 

Ümidə Həsənli

 

Baku Post.- 2013.- 8 iyun.- S.10.